clickoptize
clickoptize
  • Rəqəmsal Xidmətlər
    • SEO Xidməti
  • Rəqəmsal Bloqlar
  • Mən kiməm?
  • Əlaqə

Rəqəmsal Marketinq və SEO xidmətləri ilə sizin xidmətinizdəyik.

  • EMAIL:

    contact@clickoptimize.org
  • PHONE:

    +994777343204

Rəqəmsal Marketinq və SEO/SEM: Brendinizi İnternetdə Necə Yüksəltmək Olar?

  • Home
  • Digital
  • Rəqəmsal Marketinq və SEO/SEM: Brendinizi İnternetdə Necə Yüksəltmək Olar?
clickoptize.org
  • Sentyabr 9, 2022
  • dunyaminoghlu@gmail.com
  • 193 Views

İnternetdə görünürlük bu gün bir brendin uğurunun təməlidir. Fiziki ofisin qapısını neçə nəfərin açdığını saydığımız dövrlər geridə qalıb. İndi saytlara kim gəlir, nəyə klikləyir, nə qədər qalır – hamısı ölçülə bilir və bu da rəqəmsal marketinqin əsasıdır.

Rəqəmsal Marketinq Nədir?

Rəqəmsal marketinq, məhsul və ya xidmətlərin internet üzərindən tanıdılması və satılması üçün istifadə olunan bütün strategiyaların və alətlərin cəmini əhatə edir. Buraya sosial media, e-mail marketinqi, SEO, SEM, kontent marketinqi, influencer əməkdaşlıqları və s. daxildir.

Əsas Metriklər:

  • CTR (Click-Through Rate) – Reklam və ya linkə baxanların neçə faizi klik edib. Bu, mesajın nə qədər cəlbedici olduğunu göstərir.

  • Conversion Rate – Ziyarətçilərdən neçəsi istədiyin hərəkəti (sifariş, qeydiyyat və s.) edib. Əsas uğur ölçüsüdür.

  • Cost per Acquisition (CPA) – Bir müştəri qazanmaq üçün çəkilən ortalama xərc.

  • Impressions və Reach – Reklam və ya post neçə nəfərə göstərilib və neçə nəfər bunu görüb.

  • Engagement Rate – İnsanlar paylaşdığın məzmunla nə qədər əlaqəyə girir? Like, şərh, paylaşım göstəriciləridir.

SEO: Axtarış Sistemlərində Üst Səviyyəyə Çıxmaq

SEO (Search Engine Optimization), saytın Google kimi axtarış sistemlərində daha yüksək mövqe tutması üçün görülən texniki və məzmun yönümlü işlərdir. SEO ilə məqsəd, istifadəçi hələ səni tanımadan sənin qarşısına çıxmağındır.

SEO sahəsində Ölçülən Metriklər:

  • Organik Trafik – Sayta Google və s. vasitəsilə pulsuz gələn ziyarətçilərin sayı.

  • Bounce Rate – Sayta girib heç bir hərəkət etmədən çıxanların faizi. Yüksəksə, ya məzmun zəifdir, ya səhifə yavaş.

  • Average Session Duration – İstifadəçi saytda nə qədər vaxt keçirir? Dəyərli məzmun varsa, bu göstərici yüksəlir.

  • Keyword Rankings – Hədəf açar sözlərdə saytın sıralamadakı mövqeyi.

  • Backlink Sayı və Keyfiyyəti – Digər saytlardan sənin saytına gələn keçidlər. Google bunu sənin nüfuzun kimi qiymətləndirir.

SEM: Ödənişli Axtarış Reklamları ilə Qısa Yol

SEM (Search Engine Marketing) – Google Ads kimi platformalarda ödənişli reklamlarla dərhal axtarış nəticələrində görünmək deməkdir. Əgər SEO uzunmüddətli bir oyundursa, SEM “indi və burada” nəticə gətirmək üçündür.

SEM üçün Əsas Metriklər:

  • Quality Score – Google-un reklam keyfiyyətinə verdiyi qiymət. Açılış səhifəsi, reklamın mətni və açar söz uyğunluğu bu göstəricini müəyyənləşdirir.

  • Cost-per-Click (CPC) – Hər klik üçün ödənilən məbləğ.

  • Ad Position – Reklamın axtarış nəticələrindəki mövqeyi.

  • Impression Share – Mövcud potensial göstərişlərin neçə faizində reklamın göstərilib.

SEO və SEM Fərqləri Nələrdir?

SEO SEM
Orta və uzunmüddətli nəticə Qısa müddətdə nəticə
Ödənişsiz trafik Ödənişli trafik
Texniki optimizasiya vacib Reklam büdcəsi əsasdır
Stabil trafik gətirir Kampaniya bitəndə trafik dayanır
 

Rəqəmsal Marketinqdə Strateji Düşünmək Nə Deməkdir?

Sadəcə reklam yerləşdirmək yetərli deyil. Əsas sual budur: “Kimin diqqətini çəkmək istəyirəm və hansı mesajla?”
Uğurlu bir strategiya bu addımları nəzərə almalıdır:

  1. Doğru auditoriyanı seçmək

  2. Məzmunu həmin auditoriyaya uyğunlaşdırmaq

  3. Davamlı ölçmək və təkmilləşdirmək

Ölçmə üçün Əsas Vasitələr:

  • Google Analytics – Trafiki, davranışları və dönüşləri analiz etmək üçün əsas vasitə.

  • Google Search Console – Saytın Google’dakı mövqeyi və texniki vəziyyəti haqqında məlumat verir.

  • Meta Ads Manager / Google Ads – Reklam performansını və nəticələri ölçmək üçün.

Brendin Onlayn Yüksəlişi Vaxt Alır – Amma Dəyər

Əgər siz də saytınızın axtarışda ön sıralarda çıxmasını, reklamlarınızın daha aşağı büdcə ilə daha çox müştəri gətirməsini və rəqəmsal varlığınızın güclənməsini istəyirsinizsə, bu prosesi tək etməyə çalışmayın. Biz yanınızdayıq.

Tags:

Algorithm Data

Share:

Leave a comment

Cancel reply

Recent Posts

  • Rəqəmsal Marketinq və SEO/SEM: Brendinizi İnternetdə Necə Yüksəltmək Olar?

Recent Comments

No comments to show.

Recent Posts

  • clickoptize.org
    09 Sentyabr, 2022
    Rəqəmsal Marketinq və SEO/SEM: Brendinizi

category list

  • Agency 1
  • Digital 1

Archives

  • Sentyabr 2022

tags

Algorithm Data

Gallery

  • Gallery Image
  • Gallery Image
  • Gallery Image
  • Gallery Image
  • Gallery Image
  • Gallery Image
clickoptize

Rəqəmsal marketinq xidməti və SEO xidməti

Ünvan

  • ADDRESS:

    Bakı

  • EMAIL:contact@clickoptimize.org
  • PHONE:+994 77 734 32 04

Rəqəmsal həlləri yaxından öyrən

Bloqrımıza abunə ol

Copyright 2025 Digalu. All Rights Reserved by Azar İsmayilov

  • Email Marketing
  • Growth Hacking
  • Lead Generation
  • Offline SEO
  • Social Media Marketing